
iPad Air 2025 planşetinin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Cihazlar+
15.01.2025
Emil
Apple şirkəti bu il ərzində növbəti iPad Air planşetini təqdim etməlidir. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində növbəti iPad Air planşeti barəsində təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən növbəti iPad Air planşeti bu ilin yaz fəslində satışa çıxacaq. İnsayder bildirib ki, iPad Air planşetini əldə etmək istəyən potensial alıcıların yeni modeli gözləmələri məsləhət görülür.
Belə ki, məlumata əsasən növbəti iPad Air planşeti M3 prosessoru əvəzinə M4 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, keçən ilin may ayında təqdim edilmiş iPad Pro 2024 planşeti nəticədə M3 prosessoru əvəzinə birbaşa M4 prosessorunu əldə etdi. Gurman-ın fikrincə Apple şirkəti eyni addımı növbəti iPad Air planşetində də atacaq. Növbəti iPad Air planşetinin M4 prosessorunu əldə edəcəyi halda o həmçinin Apple Intelligence ekosisteminin də dəstəyinə sahib ola biləcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
