Logo
    main-post-cover

    iPad mini 7 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.10.2024
    Emil
         Apple heç gözlənilmədən 7-ci nəsil iPad mini planşetini təqdim edib. 2021-ci ildə təqdim edilmiş iPad mini 6-nın davamçısı olan yeni planşet xarici görünüşcə heç bir dəyişikliyə məruz qalmayıb. Lakin texniki imkanlar baxımından iPad mini 7 təkmilləşdirilib. Beləliklə iPad mini 6-da olduğu kimi iPad mini 7 də 60 Hz-lik təsvir yenilənməsinə sahib 8.3 düym ölçülü IPS Liquid Retina ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Bununla yanaşı planşet Apple Pencil Pro stilusunun dəstəyini əldə edib.
         iPad mini 7 planşeti 5 nüvəli GPU-ya və 6 nüvəli CPU-ya sahib Apple A17 Pro prosessoru vasitəsilə çalışır. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPad mini 6 modeli A15 Bionic prosessoru vasitəsilə çalışırdı. Yeni prosessor sayəsində iPad mini 7 planşeti Apple Intelligence ekosisteminin bütün süni zəka funksiyalarını əldə edəcək. Yeni planşet özündə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda yeni planşet 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı əldə edib. Planşet qutudan iPadOS 18 vasitəsilə çalışır. 7-ci nəsil iPad mini 23 oktyabr tarixində satışa çıxacaq. Onun qiyməti isə 499$-dan start götürəcək.
    Paylaş