main-post-cover

    iPad Pro 2024 planşeti dözümlülük testlərindən keçib (VİDEO)

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         Apple şirkətinin keçən həftə təqdim etmiş olduğu M4 prosessorlu yeni iPad Pro planşeti Apple şirkətinin ən nazik planşeti olmaqla yanaşı həmçinin şirkətin indiyənə kimi hazırlamış olduğu ən nazik cihazdır. Texniki nöqteyi nəzərdən bu, böyük nailiyyətdir. Lakin planşet təqdim ediləndən sonra bir çoxları onun dözümlülüyünün lazımi səviyyədə olmasından şübhələniblər. Bu şübhələrin doğru olub-olmadıqlarını JerryRigEverything adlı məşhur YouTube kanalının müəllifi yoxlayıb. Belə ki, o, yeni iPad Pro-nun 13 düym ekranlı versiyasının dözümlülük testlərini aparıb.
         Qeyd etmək lazımdır ki, yeni iPad Pro-nun qalınlığı cəmi 5.1 mm təşkil edir. Planşetin dözümlülük testlərinə keçməzdən öncə JerryRigEverything ilk öncə onun səthini xətkeş vasitəsilə yoxlayıb. Məlum olub ki, planşetin səthi ideal yastı deyil. Belə ki, onun səthi 0.1 dərəcə əyilməyə məruz qalıb. Planşet gövdəsinin cızıqlara nə dərəcədə dözümlü olduğunun testi mövzusuna gəldikdə videodan da görmək olar ki, çox iti alət ilə onun gövdəsini rahatlıqla cızmaq mümkündür. Lakin bununla belə planşetin ekranı oda təəccüblü dərəcədə dözümlülük sərgiləyib.
         Belə ki, blogger planşetin ekranına 60 saniyə ərzində od vasitəsilə təsir göstərib. 60 saniyənin sonunda ekran problemsiz şəkildə çalışmağa davam edib. Blogger əsas dözümlülük testini sona saxlayıb. Söhbət, planşetin əyilməyə nə dərəcədə dözümlü olması testindən gedir. Təəccüblü səslənsə də yeni iPad Pro şaquli istiqamətdə qatlanma cəhdinə tab gətirə bilib. Planşet yalnız cüzi şəkildə əyilməyə məruz qalsa da sınmayıb. Lakin üfüqi istiqamətdə qatlanma cəhdi zamanı planşet USB-C girişi tərəfdən sınıb. Nəticədə belə qənaətə gəlmək olar ki, yeni iPad Pro modeli daha öncəki iPad Pro modellərindən daha dözümlüdür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)
    samsung-sirketi-apple-in-ipad-reklamini-ele-salib-video
    iOS 18-də olacaq bəzi yeni funksiyalar açıqlanıb
    ios-18-de-olacaq-bezi-yeni-funksiyalar-aciqlanib
    Apple artıq 7-ci nəsil iPad Air üzərində çalışır
    apple-artiq-7-ci-nesil-ipad-air-uzerinde-calisir
    Yeni nəsil iPad mini nə zaman təqdim ediləcək?
    yeni-nesil-ipad-mini-ne-zaman-teqdim-edilecek
    Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
    apple-ios-18-de-chatgpt-nin-istifadesi-movzusunda-openai-ile-raziliga-gelib