iPad Pro artıq Nintendo Switch üçün portativ monitor ola bilir
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, iPad Pro və Nintendo Switch 2 birlikdə istifadə oluna bilən gözlənilməz, lakin olduqca praktik bir həll yolu ortaya çıxıb. iPadOS 17 ilə USB-C üzərindən video capture cihazlarına dəstək verilməsindən sonra iPad Pro-nu portativ oyun monitoru kimi istifadə etmək mümkün olub.
Məlumata görə, Nintendo Switch 2 birbaşa iPad Pro-ya qoşula bilmir və mütləq enerji alan dock tələb edir. Rəsmi Nintendo dock-u isə kifayət qədər böyükdür. Bu problemi isə Kuxiu adlı üçüncü tərəf istehsalçının təqdim etdiyi kiçik və portativ dock həll edir. Qiyməti 25–30 dollar arasında dəyişən bu dock 4K çıxışı, iki USB-A portu və LAN variantı ilə həm masaüstü, həm də səyyar istifadə üçün uyğundur.
Quraşdırma üçün Switch dock-u enerji mənbəyinə qoşulur, HDMI kabel vasitəsilə capture card-a bağlanır və capture card USB-C ilə iPad Pro-ya əlaqələndirilir. Daha sonra Camo Studio və ya Genki Studio kimi tətbiqlər vasitəsilə oyun görüntüsü iPad ekranında canlı şəkildə göstərilir. Bu üsul həm oyun oynamaq, həm də görüntünü yazmaq və ya yayımlamaq üçün istifadə oluna bilər.
Paylaş