iPhone 12-də elektromaqnit şüalanması problemi proqram təminatı yenilənməsi ilə həll ediləcək

iPhone 12-də elektromaqnit şüalanması problemi proqram təminatı yenilənməsi ilə həll ediləcək

Mobil Cihazlar
15.09.2023 PAYLAŞIM

    Dünən məlum oldu ki, Fransada iPhone 12-nin satışları qadağan edilib. Səbəb isə sözügedən smartfonda elektromaqnit şüalanması göstəricisinin (SAR göstəricisi) normadan yüksək olmasındadır. Hətta bəzi Avropa ölkələri də öz ərazilərində iPhone 12-nin satışlarının dayandırılmasına hazır olduqlarını bildiriblər. Lakin Apple şirkəti iPhone 12-də bu problemin aradan qaldırılması üçün nəzərdə tutulmuş proqram təminatı yenilənməsini təqdim etməyə razı olub.

    Bloomberg saytının verdiyi məlumata əsasən şirkət tərəfindən təqdim ediləcək proqram təminatı yenilənməsi yalnız iPhone 12-də işə salınacaq. Qeyd etmək lazımdır ki, Fransa hökuməti Apple şirkətinə problemi aradan qaldırmaq üçün 2 həftə vaxt verib. Görünür, şirkət bu müddət ərzində proqram təminatı yenilənməsini təqdim etməyi bacaracaq. Şirkət əməkdaşlarının sözlərinə əsasən proqram təminatı yenilənməsi iPhone 12-də yaranmış bu problemi tamamilə aradan qaldıracaq. 




DAHA ÇOX


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..


Məşhur insayder Xiaomi 14 Pro-nun kameraları barəsində məlumat verib

Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdr..


Məşhur analitik iPhone 15 Pro modellərinin qızmalarının əsl səbəbini açıqlayıb..

Bugün ərzində biz xəbər verdik ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonları güclü qızma probl..


Xiaomi 14 Pro-nun render fotoları təqdim edilib

TechGoing saytı hələ təqdim edilməmiş Xiaomi 14 Pro flaqman smartfonunun qoruyucu keys daxilində əks..

×