iPhone 12-nin satışları digər Avropa ölkələrində də qadağan edilə bilər

iPhone 12-nin satışları digər Avropa ölkələrində də qadağan edilə bilər

Mobil Cihazlar
15.09.2023 PAYLAŞIM

    Dünən məlum oldu ki, Fransada iPhone 12-nin satışları qadağan edilib. Səbəb isə sözügedən smartfonun SAR (insan orqanizmi tərəfindən udulan elektromaqnit şüalanmasının miqdarını təyin edən göstərici) göstəricisinin normadan yüksək olmasıdır. İndi isə məlum olub ki, eyni səviyyəli qadağa həmçinin Belçika, Almaniya, İtaliya və Hollandiyada tətbiq edilə bilər. Apple öz növbəsində iPhone 12-də SAR göstəricisinin normadan yüksək olması iddiasını təkzib edir və bildirir ki, smartfon yerli tənzimləyici orqanlar tərəfindən bütün tələblərə uyan cihaz kimi sertifikatlaşdırılıb.

    Məlumatda qeyd edilib ki, hal hazırki mərhələdə Belçikanın tənzimləyici orqanı iPhone 12-nin istifadəçilərin səhhətləri üçün hansı risklərə sahib olduğunu təyin etmək istiqamətində istintaq keçirtməyə hazırlaşır. Almaniya, İtaliya və Hollandiya vəziyyəti yaxından izləyirlər və lazım olacağı halda öz araşdırmalarını aparmağa hazırdırlar. Məlumata əsasən Hollandiyanın telekommunikasiya sahəsindəki tənzimləyici orqanı Apple-dan bu məsələ ilə bağlı açıqlamaların təqdim edilməsini istəyib. 




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×