
iPhone 15 Pro-nun USB Type-C giriş hissəsinin real fotosu ortaya çıxıb
Bugün səhər saatlarında iPhone 15 Pro-nun 3D CAD render fotoları ortaya çıxmışdı. İndi isə internetdə iPhone 15 Pro-nun digər bir fotosu ortaya çıxıb. Ortaya çıxmış yeni fotoda aydın şəkildə USB Type-C girişi əks olunub. Bu isə smartfonun dəqiq şəkildə USB Type-C girişi ilə təchiz olunacağına işarə edir. Qeyd etmək lazımdır ki, indiyənə kimi iPhone modellərində Lightning girişindən istifadə edilib. Son zamanlarda ortaya çıxan məlumatlara əsasən isə bu il təqdim ediləcək iPhone 15 modellərində USB Type-C girişi olacaq. Ortaya çıxmış yeni fotoda əks olunmuş iPhone 15 Pro-da isə Lightning əvəzinə USB Type-C girişinin olduğunu görmək olar. iPhone 15 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Bəzi məlumatlara əsasən Apple bu il iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro və iPhone 15 Pro Max-dən əlavə olaraq daha bir iPhone modelini də təqdim edəcək. Söhbət, iPhone 15 Ultra modelindən gedir.
Paylaş
Bənzər xəbərlər