main-post-cover

    iPhone 16 Pro və iPhone SE 4-ün təqdimat səhifəsindəki görüntüləri ortaya çıxıb!

    Cihazlar+
    20.08.2024
    Farid Pardashunas

         iPhone 16 Pro və iPhone SE 4-ün təqdimat səhifəsinə aid olduğu iddia edilən skrinşotları Çinin yerli sosial media platforması olan Weibo-da paylaşılıb.

         iPhone 16 Pro-nun sızan ekran görüntüsü, onun dizayn baxımından iPhone 15 Pro-dan əhəmiyyətli dərəcədə fərqlənmədiyini göstərir. Ən bariz fərq cihazın sağ alt küncünə əlavə edilmiş "capture" düyməsidir. Bu yeni düymə, foto çəkilişdə daha sürətli və asan istifadəni təmin etmək məqsədi daşıyır.
         Cihazın təchizat tərəfində A18 Pro çipi xüsusilə seçilir. Sızdırılan məlumatlara görə, bu çip xüsusilə fotoqrafiya və video çəkilişlərində performansı artıracaq.
         Sızdırılan məlumatlara görə, telefonun ultra geniş kamerası 48 meqapiksellik sensorla gələcək və "ultra nazik prizma əks etdirmə texnologiyası" ilə təchiz ediləcək. Bu texnologiya, A18 Pro-nun süni intellektə yönəlmiş NPU təchizatı tərəfindən dəstəklənir və görüntü keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
         Sızıntının düzgünlüyünü şübhə altına alan ən vacib detal rəng seçimləridir. Paylaşılan görüntüdə qara, ağ, mavi və sarı rənglər olsa da, indiyə qədər gəlməsi təklif edilən bürünc rəng seçimi daxil deyil. Bəzi fərziyyələr, bürünc rəng seçiminin Pro Max modelinə xas ola biləcəyini göstərir.
         Sızdırılan təqtimat materiallarına görə, iPhone SE 4, iPhone 14-ə bənzər daha böyük 6.1 düymlük ekrana və Face ID-ni özündə ehtiva edən çıxıntıya sahib olacaq. Ən böyük sürpriz isə iPhone 16 seriyasında istifadə ediləcək A18 Bionic çipinin də bu modelə daxil olacağı iddiasıdır. Bu, iPhone SE 4-ün cari qabaqcıl səviyyəli performansı münasib qiymətə təqdim edə biləcəyini göstərir. Sızdırılan məlumatlara görə, telefonun qiyməti təxminən 599 dollar olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-nın mümkün təqdimat tarixi açıqlanıb
    iphone-16-nin-mumkun-teqdimat-tarixi-aciqlanib
    iPhone 16-nın növbəti yeni fotoları təqdim edilib
    iphone-16-nin-novbeti-yeni-fotolari-teqdim-edilib
    Növbəti iPhone SE barəsində yeni partiya məlumatlar təqdim edilib
    novbeti-iphone-se-baresinde-yeni-partiya-melumatlar-teqdim-edilib
    iPhone 16-nın yeni gövdə rəngləri sərgilənib (VİDEO)
    iphone-16-nin-yeni-govde-rengleri-sergilenib-video
    iPhone 16-lar üçün ekran panellərinin istehsalına start verilib
    iphone-16-lar-ucun-ekran-panellerinin-istehsalina-start-verilib