
İstifadəçilər gələn ilki iPhone 15-də hansı yenilikləri gözləyirlər?
Cihazlar+
21.11.2022
Emil
Macrumors saytı SellCell şirkətinin keçirtmiş olduğu sorğuya istinadən xəbər verib ki, ABŞ-da olan iPhone istifadəçilərinin gələn ilki iPhone 15-də ən çox gözlədikləri özəllik məhz dizayn dəyişikliyidir. Məlumata əsasən SellCell şirkəti tərəfindən keçirilmiş sorğuda 2.5 min istifadəçi iştirak edib. Bu ilin sonuna yaxın olacaq bayram günlərində alıcıların hədiyyə kimi alacaqları cihazlar arasında ən məşhur olanları Apple məhsulları olacaq. Belə ki, alıcıların 37.4%-i Milad bayramına məhz iPhone almağı planlaşdırır. İkinci yeri AirPods qulaqlıqları tuturlar. Alıcıların 18.7%-i bayram günlərində məhz Apple şirkətinin naqilsiz qulaqlıqlarını almağı planlaşdırır.
Üçüncü yerdə isə 16.3% göstərici ilə Apple Watch smart saatları tutublar. Sorğuda iştirak etmiş şəxslərin 35,2%-i qeyd edib ki, onlar iPhone 15-də tamamilə yeni dizaynı, 30.3%-i isə yeni gövdə rənglərini gözləyirlər. İstifadəçilərin 23.9%-i istəyir ki, iPhone 15-də periskop kamera obyektivi reallaşdırılsın. 23.6%-i isə qeyd edib ki, onlar növbəti iPhone seriyasında Touch ID texnologiyasının qayıdışını gözləyirlər. Sorğu iştirakçılarının 20.3%-i qeyd edib ki, onlar iPhone 15-də USB Type-C girişinin, 11.7%-i isə Dynamic Island ekran çıxıntısının bütün iPhone 15 modellərində reallaşdırılmasını istəyirlər. Bundan əlavə olaraq sorğu iştirakçılarının 8.5%-i gələn il iPhone mini modelinin geri qayıdışını arzulayır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
