Logo
    main-post-cover

    "Kindle Scribe Colorsoft" gözləntiləri doğrultmayıb

    Cihazlar+
    16.12.2025
    Sevinc
        Technote.az  “The Verge” platformasına istinadən bildirir ki, Amazon-un 630 dollarlıq Kindle Scribe Colorsoft modeli kağız dəftəri və klassik Kindle oxucunu eyni cihazda birləşdirməyə iddialıdır. Rəngli E Ink ekran ön işıqlandırma, təzyiqə həssas stilus və e-kitabların üzərində qeyd-aparma kimi funksiyalar təqdim edir. Ancaq icmalın nəticəsinə görə bu “hamısı bir yerdə” yanaşma yalnız müəyyən tip istifadəçi üçün məntiqli görünür. Cihazın güclü tərəfləri hardware-də hiss olunur: nazik və yüngül gövdə, yaxşı batareya ömrü, stilusun cavabverməsi və minimal “ghosting". Bununla belə, E Ink texnologiyasının təbiəti rəngləri parlaq etmədiyindən görüntü daha çox “qəzet” estetikasına yaxınlaşır. Rənglər solğun görünür, bəzi tonlar gözlənildiyi kimi çıxmır.
    Kindle Scribe: 3 new features to try
        Rəng funksiyası əsasən qeydləri rənglərlə kodlaşdıran, eskiz çəkən və ya komiks/qrafik roman oxuyanlar üçün dəyər qatır. Əks halda rəng daha çox kitab üzləri və ekran qoruyucularında özünü göstərir. Annotasiya zamanı rəngli markerlər fərqli mövzuları ayırmaq üçün həqiqətən faydalı ola bilər. Amma cihazın “kağız hissi”ni tam verməməsi və rəqəmsal rəsmlər üçün rəng imkanlarının məhdudluğu onu bəziləri üçün analoq dəftərdən daha az çevik edir.
    Paylaş