
Kompakt ölçülü Samsung Galaxy S25 Slim-in kameraları barəsində məlumat verilib
Cihazlar+
21.11.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn ilin əvvəlində əsas Galaxy S25 smartfonlarını təqdim edəndən bir neçə müddət sonra kompakt ölçülü Galaxy S25 Slim-i təqdim edəcək. İndi isə insayderlər bu smartfon barəsində bəzi təfərrüatları bölüşüblər. Beləliklə onların sözlərinə əsasən Galaxy S25 Slim smartfonu özündə üçlü arxa kameranı birləşdirəcək. Məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası qismində ISOCELL HP5 adlı 200 MP-lik kamera, ultra geniş bucaqlı kamerası qismində isə ISOCELL JN5 adlı 50 MP-lik kamera çıxış edəcək. Üstəlik smartfon 3.5 qat optik zoom imkanını təmin edəcək telekamera ilə təchiz olunacaq. Galaxy S25 Slim-in hansı prosessor vasitəsilə çalışacağı məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
