Ləğv edilmiş qatlana bilən Microsoft Surface Duo 3 smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
02.08.2024
Emil Nəcəfov
Microsoft şirkəti 2021-ci ildə qatlana bilən Surface Duo 2 smartfonunu təqdim etmişdi. Daha sonra isə şirkət Surface Duo 3 üzərində çalışmağa başladı. Lakin nəticədə Surface Duo 3 şirkət tərəfindən ləğv edildi. İndi isə insayderlər ləğv edilmiş Surface Duo 3-ün render fotolarını təqdim ediblər. Bu fotolar vasitəsilə onlar Surface Duo 3-ün ləğv edilmədiyi halda necə bir görünüşə sahib ola biləcəyini sərgiləyiblər. Qeyd etmək lazımdır ki, təqdim edilmiş render fotolar sızdırılmış çertyojlar əsasında hazırlanıb.
Fotolara əsasən Surface Duo 3 modeli xarici görünüşcə birinci nəsil Surface Duo və Surface Duo 2-dən fərqlənməli idi. Sözügedən smartfon iki ədəd ekranı əldə etməli idi və ekranların ətraflarındakı çərçivələr olduqca nazik olmalı idilər. Smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsinin yerləşdirilməsi planlaşdırılırdı və kamera sahəsinin daxilində son iPhone Pro modellərinin sahib olduqları arxa kamera dizaynı tərzində kameralar yerləşməli idilər. Qeyd etmək lazımdır ki, nəticədə Microsoft şirkəti Android əməliyyat sistemi vasitəsilə çalışan qatlana bilən smartfonların hazırlanması ideyasından tamamilə imtina etdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI, 5 milyard dollarlıq zərərlə iflas edə bilər!
OpenAI, 5 milyard dollarlıq zərərlə iflas edə bilər!
Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan OpenAI, böyük əməliyyat xərcləri səbəbindən 12 ay ərzində iflas ərəfəsində ola bilər. Şirkət, bu il 5 milyard dollarlıq zərər gözləyir.
Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
Elon Musk, qlobal Windows kəsintisini ələ salıb!
Milyarder sahibkar Elon Musk, X hesabında paylaşdığı mem ilə Microsoft-un qlobal uğursuzluğunu tənqid edib.
Microsoft süni zəka vasitəsilə fotoların tərtibatı üçün Designer adlı yeni platformasını istifadəyə verib
Microsoft süni zəka vasitəsilə fotoların tərtibatı üçün Designer adlı yeni platformasını istifadəyə verib
Microsoft şirkəti fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş süni zəka əsaslı Designer adlı platformasını istifadəyə verib.
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Windows-da artıq köhnəlmiş və rəsmi şəkildə deaktiv edilmiş Internet Explorer brauzeri üzərindən kiberhücuların reallaşdırılmasına hədəflənmiş yeni boşluğu aşkar ediblər.
Windows 11 artıq bütün kompüterlərin 30%-nə quraşdırılıb
Windows 11 artıq bütün kompüterlərin 30%-nə quraşdırılıb
Statcounter analitik şirkətinin mütəxəssisləri əməliyyat sistemləri bazarını əhatə edən yeni hesabatı təqdim ediblər.
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!