Logo
    main-post-cover

    Letterboxd-da genişmiqyaslı nasazlıq baş verib

    Cihazlar+
    10.08.2026
    Sevinj
        Letterboxd platformasında genişmiqyaslı texniki nasazlıq baş verib. Film həvəskarlarının izlədikləri və baxmaq istədikləri filmləri qeyd etməsinə, eləcə də film rəylərini paylaşmasına imkan verən platformanın həm tətbiqində, həm də veb versiyasında problemlər yaşanıb. “Downdetector” platformasında istifadəçilər tərəfindən edilən müraciətlərin 54 %-i hesaba daxilolma problemi ilə bağlı olub. İstifadəçilərin 39 %-i mobil tətbiqin işləməsində çətinlik yaşadığını, 4 %-i isə veb-saytda problem olduğunu bildirib.
        Letterboxd problemin mövcudluğunu təsdiqləyərək xidmətlərə təsir edən nasazlıqdan xəbərdar olduğunu və komandanın problemin aradan qaldırılması üzərində işlədiyini açıqlayıb. Şirkət istifadəçilərdən səbirli olmalarını istəyib. Daha sonra Letterboxd xidmətlərin yenidən bərpa edildiyini açıqlayıb. Şirkət sosial şəbəkədə paylaşdığı məlumatda platformanın artıq yenidən işlədiyini bildirib.
    Paylaş