
M4, M4 Pro və M4 Max prosessorları ilə çalışan yeni MacBook Pro-lar təqdim edilib - QİYMƏTİ
Cihazlar+
31.10.2024
Emil
Apple şirkəti M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro noutbuklarını təqdim edib. Yeni MacBook Pro modelləri 14 və 16 düym ölçülü ekranlara sahib versiyalarda təqdim olunublar. 14 düym ölçülü ekrana sahib MacBook Pro modellərindən biri M4 prosessorunu, digəri isə M4 Pro prosessorunu əldə edib. 16 düym ölçülü ekrana sahib MacBook Pro modellərinə gəldikdə isə onlardan biri M4 Pro prosessorunu, digəri isə M4 Max prosessorunu əldə edib. Bütün modellər Liquid Retina XDR ekrana sahibdirlər və onlarda ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Bundan əlavə olaraq noutbuklar 12 MP-lik veb kameranı əldə ediblər.

Apple bildirib ki, M4 prosessoruna sahib 14 düym ekranlı MacBook Pro modeli M3 prosessoru vasitəsilə çalışan MacBook Pro-dan 1.8 dəfə daha sürətli və effektiv çalışır. Noutbukun standart versiyası özündə 16 GB RAM-ı birləşdirir. Lakin istifadəçi 32 GB RAM-a kimi seçimlərə sahibdir. M4 Max prosessoru vasitəsilə çalışan MacBook Pro modeli M1 Max prosessoru vasitəsilə çalışan MacBook-dan 3.5 dəfə daha yüksək performansı sərgiləyir. O həmçinin 128 GB-a kimi RAM yaddaşını dəstəkləyir. Bunun sayəsində istifadəçi noutbukda 200 milyard parametrdən təşkil edilmiş böyük dil modeli ilə rahatlıqla qarşılıqlı əlaqədə ola bilər.

Şirkət bildirib ki, yeni MacBook Pro modelləri bir dəfə şarj olunandan sonra 24 saat ərzində çalışa bilirlər. M4 prosessorlu model özündə 3 ədəd Thunderbolt 4 girişini, M4 Pro və M4 Max prosessorlu modellər isə özlərində Thunderbolt 5 girişlərini birləşdirirlər. Noutbuklar macOS Sequoia əməliyyat sistemi vasitəsilə çalışırlar. M4 prosessoruna sahib 14 düym ekranlı MacBook Pro-nun qiyməti 1599$-dan, M4 Pro prosessoruna sahib 14 düym ekranlı MacBook Pro-nun qiyməti 1999$-dan, M4 Pro prosessoruna sahib 16 düym ekranlı MacBook Pro-nun qiyməti 2499$-dan, M4 Max prosessoruna sahib 16 düym ekranlı MacBook Pro-nun qiyməti isə 3999$-dan start götürür.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
