Logo
    main-post-cover

    Mart ayında Honor Magic 6-nın xüsusi versiyası təqdim ediləcək

    Cihazlar+
    16.01.2024
         Honor şirkəti keçən həftə Honor Magic V2 RSR Porsche Design adlı qatlana bilən smartfonunu təqdim etdi. Bu, adi Honor Magic V2 smartfonunun Porsche Design komandası ilə birgə hazırlanmış xüsusi versiyasıdır və o öz dizaynı ilə fərqlənir. İndi isə şirkət Porsche Design komandası ilə xüsusi olaraq hazırlanmış daha bir smartfonun təqdimatına hazırlaşır. Söhbət, Honor Magic 6-nın xüsusi versiyasından gedir. O, Honor Magic 6 RSR Porsche Design adını əldə edəcək. İnsayderlərin sözlərinə əsasən Honor Magic 6 RSR Porsche Design modeli mart ayında təqdim olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Mart ayında Honor Magic 6-nın xüsusi versiyası təqdim ediləcək | Technote