main-post-cover

    Qatlana bilən Honor Magic V2 RSR Porsche Design smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.01.2024
    Emil Nəcəfov
         Honor şirkəti Porsche Design komandası ilə birgə hazırlanmış ilk smartfonunu təqdim edib. Bu, qatlana bilən Honor Magic V2 smartfonunun xüsusi versiyası olan Honor Magic V2 RSR Porsche Design-dır. Sözügedən xüsusi versiya xarici görünüşcə adi Honor Magic V2-dən fərqlənir. Beləliklə Honor Magic V2 RSR Porsche Design-ın arxa kamera sahəsi Porsche brendinin avtomobillərinə xas olan Flyline adlı dizaynda reallaşdırılıb. Agate Grey adlı gövdə rəngi də Porsche brendindən əldə edilib. Smartfonun arxa panelində əks olunmuş loqo isə titan ərintisindən hazırlanıb.
         Şirkətin verdiyi məlumata əsasən smartfonun gövdəsi idman avtomobilinin şüşə lifindən hazırlanıb. Bununla belə Honor Magic V2 RSR Porsche Design-ın çəkisində bir qədər artım olub. Belə ki, adi Honor Magic V2-nin çəkisi 231 qramm təşkil etdiyi halda Honor Magic V2 RSR Porsche Design-ın çəkisi 234 qramm-dır. Texniki göstəricilər baxımından Honor Magic V2 RSR Porsche Design adi Honor Magic V2 ilə tamamilə eynidir. Sadəcə olaraq Honor Magic V2 RSR Porsche Design modeli bir versiyada təqdim olunub. Söhbət, 16 GB RAM-a və 1 TB-lıq daxili yaddaş həcminə sahib versiyadan gedir. Honor Magic V2 RSR Porsche Design-ın Çin bazarındakı satış qiyməti 2250$ təşkil edir. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 və Magic 6 Pro təqdim olunub - QİYMƏTİ
    honor-magic-6-ve-magic-6-pro-teqdim-olunub-qiymeti
    Təqdimatdan öncə Honor Magic 6 Pro-nun render fotosu təqdim edilib
    teqdimatdan-once-honor-magic-6-pro-nun-render-fotosu-teqdim-edilib
    Honor Magic 6-nın rəsmi fotosu təqdim edilib
    honor-magic-6-nin-resmi-fotosu-teqdim-edilib
    Honor X50 GT smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-x50-gt-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Magic 6 smartfonunun ön paneli sərgilənib
    honor-magic-6-smartfonunun-on-paneli-sergilenib