
MediaTek 9200 prosessorunu əldə edəcək ilk smartfon brendləri məlum olub
Cihazlar+
09.11.2022
Emil
Dünən MediaTek şirkəti Dimensity 9200 adlı yeni flaqman prosessorunu təqdim etdi. Təqdimatdan sonra isə bir sıra smartfon istehsalçısı sözügedən prosessora sahib olacaq smartfonları satışa çıxardacaqlarını elan etdi. Beləliklə Dimensity 9200 prosessoru vasitəsilə çalışacaq smartfonları ilk növbədə ASUS, Vivo və OPPO kimi şirkətlər təqdim edəcəklər. İnsayderlərin verdikləri məlumata əsasən Vivo şirkəti Vivo X90, OPPO şirkəti OPPO Find X6 Dimensity Edition, ASUS şirkəti isə ASUS Zenfone 10 (və ya ROG Phone seriyasının yeni modeli) smartfonunu təqdim edəcək.
Bütün bu smartfonlar Dimensity 9200 prosessoru vasitəsilə çalışacaqlar. Dimensity 9200 vasitəsilə çalışacaq smartfonların satışa çıxacaqlarını elan edən şirkətlər təəssüflər olsun ki, söhbətin, hansı smartfon modellərindən getdiyi barəsində ətraflı məlumat verməyiblər. Qeyd etmək lazımdır ki, dünən təqdim edilmiş Dimensity 9200 prosessoru mobil prosessor bazarında ARMv9 Gen 2 arxitekturası əsasında hazırlanmış ilk prosessordur. O həmçinin özündə Wi-Fi 7 şəbəkə standartının və ray tracing texnologiyasının dəstəyini də birləşdirir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
