
Məşhur analitik MacBook Pro-nun OLED ekrana nə zaman keçid edəcəyini açıqlayıb
Cihazlar+
11.09.2024
Emil
Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkətinin MacBook Pro noutbukları OLED ekranlara 2026-cı ildən tez keçid etməyəcəklər. Yəni şirkət gələn il də MacBook Pro noutbuklarında mini LED ekranlardan istifadə edəcək. MacBook Pro-ların OLED ekranlara keçidləri barəsində ilk məlumatlar hələ bir neçə ay bundan öncə ortaya çıxmağa başladılar. Lakin yeni məlumatlara əsasən bu, 2026-cı ildən tez baş verməyəcək.
Qeyd etmək lazımdır ki, mini LED ekranlar ilə müqayisədə OLED ekranlar MacBook Pro-lara bəzi yeniliklər gətirəcəklər. Belə ki, mini LED ekranlardan fərqli olaraq OLED ekranlar istifadəçi əməliyyatlarına daha sürətli reaksiya verə bilirlər və üstəlik rəngləri daha dolğun sərgiləyirlər. OLED ekranların daha bir üstünlükləri ondan ibarətdir ki, onları olduqca nazik istehsal etmək mümkündür. Bu isə öz növbəsində gələcək MacBook Pro modellərinin daha nazik gövdə dizaynını əldə edə biləcəklərinə işarə edir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
