
Məşhur analitik Apple Vision Air barəsində bəzi təfərrüatları təqdim edib
Apple Vision Pro cihazını məşhurlaşdırmaq cəhdlərindən imtina etmir. Hazırda bu məhsul həddindən artıq yüksək - 3500$-lıq qiyməti və aydın olmayan təyinatı səbəbindən uğursuz hesab olunur. Şəbəkədə artıq bu cihazın Air versiyası barədə məlumatlar yayılmışdı, lakin şirkətin onun istehsalını təxirə saldığı deyilirdi. Çinli analitik və insayder Ming-Chi Kuo Apple Vision Air haqqında yeni məlumat paylaşıb.

O bildirib ki, cihazın 2027-ci ildə satışa çıxarılması planlaşdırılır və o, mövcud modeldən 40% yüngül, qiyməti isə 50%-dən çox ucuz olacaq. Azaldılmış çəki cihazdan istifadənin daha rahat olmasına imkan verəcək, 1750$-lıq qiymət isə əlavə alıcıları cəlb etməlidir. Məhsulun qiymətini azaltmaq üçün istehsalçı Vision Air-in istehsal xərclərini aşağı salacaq. İstisna deyil ki, cihaz daha aşağı keyfiyyətli ekranlar, daha az mövqe izləmə kamerası ilə təchiz olunacaq və EyeSight funksiyasını dəstəkləməyəcək. Ming-Chi Kuo proqnozlaşdırır ki, 2027-ci ildə Vision Air-in istehsal həcmi 1 milyon ədədə çatacaq.
Paylaş