Logo
    main-post-cover

    Məşhur insayder Honor X50 GT-nin bəzi texniki göstəricilərini açıqlayıb

    Cihazlar+
    28.12.2023
         Az əvvəl Honor şirkəti Honor X50 GT smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 4 yanvar tarixində təqdim ediləcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfonun texniki imkanlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Honor X50 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 108 MP-lik əsas arxa kamera ilə 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur insayder Honor X50 GT-nin bəzi texniki göstəricilərini açıqlayıb | Technote