
Məşhur insayder Huawei P70 Art-ın kameraları barəsində bəzi məlumatları açıqlayıb
Huawei şirkətinin yaxın aylar ərzində təqdim edəcəyi P70 smartfon seriyasına daxil olacaq modellərdən biri də P70 Art olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder P70 Art-ın kameraları barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Huawei P70 Art smartfonunun əsas arxa kamerası 1 düym ölçülü Sony IMX989 olacaq və o, dəyişkən diafraqmaya sahib olacaq. Bununla yanaşı smartfon 50 MP-lik ultra geniş bucaqlı kamera obyektivini əldə edəcək və özündə 4 qat optik zoom özəllikli periskop kameranı birləşdirəcək.
Paylaş