
Məşhur insayder OnePlus 12R-in yeni render fotolarını təqdim edib
Cihazlar+
15.01.2024
Emil
Roland Quandt adlı məşhur insayder OnePlus 12R smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, OnePlus 12R modeli bu ayın əvvəlində Çində təqdim edilmiş OnePlus Ace 3-ün qlobal versiyası rolunda çıxış edəcək. OnePlus 12R-in Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Smartfon 23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyası ilə birgə təqdim olunmalıdır.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
