Logo
    main-post-cover

    Məşhur insayder OnePlus 13 barəsində yeni məlumatlar verib

    Cihazlar+
    24.05.2024
    Emil
         OnePlus şirkəti bu ilin sonunda Çində OnePlus 13 flaqman smartfonunu təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon barəsində yeni təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən OnePlus 13 Qualcomm şirkəti tərəfindən oktyabr ayında təqdim olunacaq Snapdragon 8 Gen 4 flaqman prosessorunu ilk əldə edəcək smartfonlardan biri olacaq.
         İnsayder bildirib ki, OnePlus şirkəti öz yeni flaqman smartfonunda əsas diqqəti onun performansına və batareya həcminin yüksəlməsinə ayıracaq. Bununla belə məlumata əsasən OnePlus 13-ün batareyasının anodu silisium tərkibli olacaq. Bu isə öz növbəsində smartfonun daha böyük həcmli batareya ilə təchiz olunmasına imkan verə bilər. Bundan əlavə olaraq insayder bildirib ki, OnePlus 13 smartfonu 2K keyfiyyətli LTPO ekranla təchiz olunacaq və ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda hazırlanacaq. Smartfonun gövdəsinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacağı gözlənilir.
    Paylaş