Logo
    main-post-cover

    Məşhur insayder Samsung Galaxy A35 5G ilə A55 5G-nin nə zaman satışa çıxacaqlarını söyləyib

    Cihazlar+
    26.02.2024
    Emil
         Roland Quandt adlı məşhur insayder Samsung-un satışlara hazırlaşan Galaxy A35 5GGalaxy A55 5G smartfonlarının nə zaman satışa çıxacaqları barəsində məlumat verib. Görünür, sözügedən smartfonların satışları artıq çox yaxındır. Belə ki, insayderin vermiş olduğu məlumata əsasən bu iki smartfonu artıq 11 mart tarixindən başlayaraq Avropada əldə etmək mümkün olacaq. Bu isə o deməkdir ki, Galaxy A35 5G ilə Galaxy A55 5G artıq yaxın günlərdə təqdim oluna bilərlər. Gözləntilərə əsasən Galaxy A35 5G smartfonu 6.6 düym ekranla təchiz olunacaq və Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Galaxy A55 5G-yə gəldikdə isə onun 6.5 düym ekranla təchiz olunacağı və Exynos 1480 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş