Logo
    main-post-cover

    Məşhur insayder Samsung Galaxy A36-nın render fotolarını təqdim edib

    Cihazlar+
    13.02.2025
    Emil
         Samsung şirkəti Galaxy A56 ilə yanaşı Galaxy A36 smartfonunu da təqdim etməyə hazırlaşır. İndi isə Evan Blass adlı məşhur insayder Galaxy A36-nın render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, sözügedən smartfon xarici görünüşcə dünən fotoları təqdim edilmiş Galaxy A56-ya bənzəyəcək. Beləliklə render fotoya əsasən Galaxy A56 smartfonu yastı gövdə dizaynını əldə edəcək və müvafiq olaraq yastı ekrana sahib olacaq.
         Smartfonun arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. LED işıqlandırma kamera sahəsindən kənarda sağda yerləşəcək. Gözləntilərə əsasən Galaxy A36 smartfonu 6.6 düym ölçülü OLED ekranı əldə edəcək və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Cihazın Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman olunur.
    Mənbə: GSMarena
    Paylaş