
Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdim edib
Cihazlar+
29.09.2023
Emil Nəcəfov
Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. İnsayderin yeni məlumatları sözügedən smartfonların ekranlarını, batareya həcmlərini və gövdə ölçülərini əhatə edirlər. Beləliklə məlumata əsasən adi Galaxy S24 modeli Full HD+ keyfiyyətli 6.2 düym ekranla təchiz olunacaq və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfonun ölçüləri isə 147 x 70.6 x 7.6 mm təşkil edəcək. Galaxy S24+ smartfonu WQHD+ keyfiyyətli 6.7 düym ekranla təchiz olunacaq və 45 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Onun ölçüləri isə 158.5 x 75.9 x 7.7 mm təşkil edəcək. Galaxy S24 Ultra-ya gəldikdə, o, WQHD+ keyfiyyətli 6.8 düym ekranla təchiz olunacaq və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Galaxy S24 Ultra-nın ölçüləri isə 162.3 x 79 x 8.6 mm təşkil edəcək. Bundan əlavə insayder bildirib ki, bütün Galaxy S24 smartfonlarında ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.
Linki kopyala
Həftənin xəbərləri

