
Məşhur insayder Samsung Galaxy Z Flip 6-nın yeni keyfiyyətli render fotolarını təqdim edib
Cihazlar+
29.02.2024
Emil
Dünən OnLeaks ləqəbli məşhur insayder qatlana bilən Galaxy Z Fold 6 smartfonunun keyfiyyətli render fotolarını təqdim etmişdi. İndi isə o, Smartprix saytı ilə birlikdə qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, sözügedən smartfon ön paneldən və ümumilikdə gövdə dizaynı baxımından adi Galaxy S24-ü xatırladacaq. Smartfonun arxa panelində isə xarici ekran yerləşəcək. İnsayder bildirib ki, Galaxy Z Flip 6 smartfonu 6.7 düym daxili ekran və 3.4 düym xarici ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy Z Flip 5 də həmin ölçülü ekranlara sahibdir. Gözləntilərə əsasən Galaxy Z Flip 6 Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışacaq və özündə 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.



Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
