Logo
    main-post-cover

    Məşhur insayder Samsung Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib

    Cihazlar+
    04.04.2024
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung bu il 3 ədəd qatlana bilən smartfonu təqdim edəcək. Şirkət yaxın aylar ərzində Galaxy Z Fold 6 Z Flip 6 smartfonlarını təqdim etməlidir. Bəzi məlumatlara əsasən isə üçüncü smartfon Galaxy Z Fold 6 Ultra olacaq. İndi isə Ice Universe ləqəbli məşhur insayder Samsung tərəfindən Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib. İnsayder Galaxy Z Fold 6 Ultra-nın dizaynı və texniki özəllikləri barəsində məlumat verməyib.
         Buna görə də onun adi Galaxy Z Fold 6-dan nə ilə fərqlənəcəyi bilinmir. Məlumata əsasən bu üçüncü qatlana bilən smartfon SM-S948 model nömrəsinə sahibdir. Samsung-un flaqman smartfon seriyaları arasında sonu 8 rəqəmi ilə bitən model nömrəsinə sahib cihazları həmişə ən güclü cihazlar olublar. Məsələn Galaxy S24 Ultra smartfonu SM-S928 model nömrəsinə sahibdir. Galaxy Z Fold 6 Ultra barəsində ətraflı məlumatların olmaması onun erkən hazırlanma mərhələsində olduğundan xəbər vermiş ola bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur insayder Samsung Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib | Technote