main-post-cover

    Məşhur şirkətlər iPhone 12-nin qutusunda şarj cihazının olmamasını trollayıblar

    Cihazlar+
    18.10.2020
    Farid Pardashunas
        Apple şirkətinin yeni iPhone 12 smartfonlarının qutularından naqilli qulaqlıqlar ilə şarj cihazını çıxartması qərarına təkcə istifadəçilər deyil həmçinin digər smartfon istehsalçıları da reaksiya veriblər. Bu məsələdə bir sıra şirkət hətta Apple şirkətini trollayıb da. Belə ki, onlar öz məhsullarının qutularında hansı aksessuarların mövcud olmaları üzrə maraqlı trollar təqdim ediblər. Bu barədə Gizmochina saytı xəbər verib. Apple şirkətini ilk trollamış məhz Xiaomi olub. Belə ki, şirkətin öz Twitter hesabında təqdim etdiyi videoda smartfon qutusunun daxilində yerləşdirilmiş şarj cihazı əks olunub.
    Xiaomi
        Tweet-in başlığında isə “Narahat olmayın. Biz qutudan heç nəyi çıxartmamışıq” cümləsi yerləşdirilib. OnePlus 8T-nin təqdimatı zamanı OnePlus şirkəti də Apple-ın bu qərarını trollayıb. Belə ki, təqdimat zamanı şirkət qeyd edib ki, yeni smartfonun daxilində şarj cihazı pulsuz yerləşdirilib. Samsung da bu məsələdə kənarda qalmayıb. Belə ki, şirkətin sosial şəbəkələrdə verdiyi elanda qeyd edilib ki, şarj cihazı hələ də Galaxy smartfonlarının komplektlərində təqdim olunur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər