Meta bu il ağıllı saat təqdim edə bilər
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta Platforms bu il sağlamlıq izləmə və süni intellekt funksiyalarına malik yeni ağıllı saat təqdim etməyə hazırlaşır. Məlumata görə, “Malibu 2” kod adlı cihaz şirkətin artırılmış və qarışıq reallıq strategiyasının bir hissəsi olacaq.
Yeni saatın, ötən il təqdim olunan Meta Ray-Ban Display ağıllı eynəklərinin yenilənmiş versiyası ilə birlikdə təqdim olunması gözlənilir. Meta daha əvvəl 2022-ci ildə ağıllı saat planlarını texniki çətinliklər və xərclərin azaldılması səbəbilə ləğv etmişdi. Lakin indi şirkət yenidən bilək cihazları bazarına qayıtmağa qərar verib. Məlumata əsasən, saat sağlamlıq göstəricilərinin izlənməsi, AI əsaslı funksiyalar və ehtimal ki, jest idarəetməsi kimi imkanlarla təchiz ediləcək. Meta-nın eynəklərində istifadə olunan neyron əsaslı bilək bandının gələcəkdə məhz bu saatla əvəzlənə biləcəyi də bildirilir.
Meta-nın yeni ağıllı saatı bazarda ciddi rəqabətlə üzləşəcək. Şirkət xüsusilə Apple ilə birbaşa rəqabətə girəcək. Apple-ın da süni intellekt funksiyaları ilə təchiz olunmuş ağıllı eynəklər üzərində çalışdığı və onları gələn il təqdim edə biləcəyi bildirilir.
Paylaş