Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Meta gözlənilən VR eynəyi “Phoenix”in satışa çıxarılmasını 2027-ci ilə qədər təxirə salıb. Şirkət gələn il əsas diqqəti növbəti nəsil yeni geyilə bilən cihazlara yönəldəcək.
Business Insider-in əldə etdiyi daxili məktuba görə, Reality Labs-ın vitse-prezidenti Maher Saba qərarın şəxsən Mark Zuckerberg tərəfindən verildiyini bildirib. Zuckerberg komandalara daha yüksək keyfiyyətli təcrübələr yaratmağa və biznesin daha dayanıqlı olmasına yönəlməyə dair göstəriş verib. Saba həmçinin qeyd edib ki, gecikmə cihazın yeni funksiyalar qazanması ilə bağlı deyil. Məqsəd komandaların mövcud detallar üzərində daha dərindən işləməsinə imkan yaratmaqdır.
Sızan məlumatlara əsasən, “Phoenix” Apple Vision Pro-ya bənzər, qoruyucu eynək formasında olacaq. Cihaz xarici “computing puck” moduluna qoşularaq olduqca yüngül quruluş təqdim edəcək. Yeni eynəyin Meta-nın Quest seriyasında olduğu kimi Horizon OS üzərində işləyəcəyi də bildirilir.
Paylaş