
Meta qarışıq reallıq cihazı layihəsini ləğv edib
Cihazlar+
26.08.2024
Emil
The Information saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti özünün qarışıq reallıq (AR + VR) cihazı layihəsini ləğv edib. Məlumata əsasən La Jolla kod adını sahib bu cihaz üzərində işlərə keçən ilin noyabr ayında start verilmişdi. Gözləntilərə əsasən cihaz 2027-ci ildə satışa çıxmalı və Apple Vision Pro ilə rəqabət aparmalı idi. Layihənin hansı səbəbə görə ləğv edildiyi məlum deyil. Lakin bu, baha başa gələn micro OLED ekranlarla bağlı ola bilər.
Belə ki, bu ekranlar cihazın qiymətini yüksəltmiş ola bilərlər. Məsələ burasındadır ki, Meta ilk növbədə cihazın qiymətini 1000$-dan aşağı səviyyədə saxlamağa hədəflənmişdi. Meta-nın texniki direktoru Andrew Bosworth bu vəziyyətə belə fikir bildirib. “Biz daimi olaraq çoxlu sayda prototip hazırlayırıq. Lakin biz heç də onların hamısını kütləvi istehsalat mərhələsinə çatdırmırıq. Bəziləri ilə işi davam etdiririk, bəzilərini isə ləğv edirik. Bu cür qərarlar daimi şəkildə qəbul edilir” - deyə o qeyd edib.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
