Logo
    main-post-cover

    Meta Ray-Ban Display üçün böyük yeniləmə

    Cihazlar+
    15.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta Platforms yeni nəsil Meta Ray-Ban Display ağıllı eynəkləri üçün diqqətçəkən yeniliklər təqdim edib. Şirkət artıq istifadəçilərə sadəcə əl hərəkətləri ilə mesaj yazmaq imkanı verir. Bu funksiya WhatsApp, Messenger, Instagram və həm Android, həm də iOS mesajlaşma tətbiqlərində işləyəcək.
        İstifadəçi havada etdiyi əl hərəkətləri ilə virtual şəkildə yazı yaza bilir və eynək bunu avtomatik olaraq mətnə çevirir. Bu xüsusiyyət ilk təqdimatda ən maraqlı funksiyalardan biri hesab olunsa da, istifadəyə dərhal verilməmişdi. Yanvar ayında isə WhatsApp və Messenger üçün erkən giriş olaraq istifadəyə açılmışdı.
        Meta bununla yanaşı eynəklərə başqa yeniliklər də əlavə edib. “Display recording” adlı yeni funksiya istifadəçiyə həm eynəyin ekranında görünənləri, həm real həyatda gördüklərini, həm də ətraf səslərini eyni anda videoya yazmağa imkan verir.
        Şirkət həmçinin ABŞ üzrə tam şəkildə çalışan istiqamət funksiyasını London, Paris və Roma kimi böyük şəhərlərə də gətirib. Bundan əlavə, WhatsApp, Facebook Messenger və Instagram DM səsli mesajları üçün canlı altyazı dəstəyi də istifadəyə verilir.
    Paylaş