
Meta şirkəti qarışıq reallıq eynəyi üzərində çalışır
Cihazlar+
29.08.2024
Emil
The Information saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti uzun müddət ərzində böyük ölçülü VR cihazları istifadə etmək istəməyənlər üçün qarışıq reallıq (AR + VR / Mixed Reality / MR) eynəyi üzərində çalışır. Məlumata əsasən Meta tərəfindən hazırlanan MR eynək Puffin kod adına sahibdir və o, adi eynəkdən bir qədər böyük ölçüyə sahib olsa da, xarici görünüşcə tamamilə adi eynəyə bənzəyir. Gözləntilərə əsasən əgər Meta sözügedən MR eynək üzərində işləri davam etdirsə, o, 2027-ci ildən tez satışa çıxmayacaq.
The Information saytı bildirib ki, hazırlanan MR eynəyin çəkisi 110 qramm təşkil edir. Yəni onun çəkisi Meta ilə Ray-Ban tərəfindən satışa buraxılan smart eynəyin çəkisindən bir qədər çox, Meta tərəfindən satışa buxarılan Quest 3 adlı VR cihazın çəkisindən isə olduqca azdır. MR eynəyin ənənəvi VR cihazdan daha kiçik ölçüdə olacağını nəzərə alaraq güman etmək olar ki, eynək özündə prosessoru və xarici batareya blokunu birləşdirəcək. Bununla yanaşı MR eynək çox güman ki, idarəetmə sistemi mövzusunda istifadəçi gözlərinin və əllərinin izlənməsi özəlliyini dəstəkləyəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
