Logo
    Microsoft AR cihazı HoloLens 2-nin istehsalını dayandırıb

    Microsoft AR cihazı HoloLens 2-nin istehsalını dayandırıb

    Cihazlar+
    03.10.2024
         Microsoft şirkəti özünün HoloLens 2 adlı AR cihazının istehsalını dayandırdığını elan edib. Verilmiş məlumata əsasən Microsoft gələcəkdə HoloLens-in növbəti versiyalarını hazırlamağıə planlaşdırmır. Bu isə o deməkdir ki, şirkətin bu kateqriyaya daxil olan cihazlar seriyası sona çatdı. Microsoft öz müştərilərinə və partnyorlarına xəbər verib ki, bu, HoloLens 2-ni əldə etmək üçün son şansdır.
         Bununla belə şirkət bildirib ki, cihazın istehsalının dayandırılmasına baxmayaraq onun üçün təhlükəsizlik istiqamətində yenilənmələr 2028-ci ilə qədər təqdim ediləcək. Birinci nəsil HoloLens-in dəstəyi isə bu ilin 10 dekabr tarixində dayandırılacaq. HoloLens 2-nin istehsalının dayandırılması heç də təəccüblü bir xəbər olmayıb. Belə ki, Microsoft hələ 2022-ci ildə HoloLens 3-ün hazırlanmasından imtina etmişdi. Qeyd etmək lazımdır ki, 2019-cu ildə satışa çıxarılmış HoloLens 2 əsasən şirkətin korporativ müştəriləri üçün nəzərdə tutulmuşdu. Bu səbəbdən də o, kütləvi şəkildə satışa çıxmadı.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Microsoft AR cihazı HoloLens 2-nin istehsalını dayandırıb