Microsoft iki istiqamətdə qatlana bilən cihazı hazırlamağı planlaşdırırmış
Cihazlar+
03.10.2024
Emil
ABŞ Ticarət Nişanları və Patentləri Bürosu, Microsoft şirkətinin üfüqi qatlanma mexanizminə sahib cihazını əhatə edən 38 səhifəlik sənədi bölüşüb. Görünür, Microsoft zamanında həm daxili həm də xarici istiqamətə qatlana bilən smartfonun hazırlanmasını planlaşdırırmış. Məlumata əsasən Microsoft bu patent sorğusunu hələ 2021-ci ilin fevral ayında göndərib. Patent barəsində olan tam mətn isə indi ortaya çıxıb. Patent məlumatında qeyd edilib ki, cihaz üçün xarici ekran nəzərdə tutulmayıb. Lakin bu, cihazın daxili ekranının iki istiqamətdə qatlana bilməsi ilə kompensasiya olunur. Patent sorğusunun göndərildiyi müddəti nəzərə alsaq, güman etmək olar ki, onda Microsoft Duo 3 smartfonu əks olunub. Qeyd etmək lazımdır ki, birinci nəsil Microsoft Duo 2020-ci ildə, Microsoft Duo 2 isə 2021-ci ildə satışa çıxmışdı.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Microsoft AR cihazı HoloLens 2-nin istehsalını dayandırıb
Microsoft şirkəti özünün HoloLens 2 adlı AR cihazının istehsalını dayandırdığını elan edib.
Cihazlar+
Microsoft-un potensial portativ oyun konsolu AMD prosessorunu əldə edə bilər
Artıq uzun müddət ərzində internetdə gəzən şayiələrə əsasən Microsoft şirkəti Steam Deck, Lenovo Legion Go, ASUS Rog Ally, MSI Claw və Nintendo Switch kimi portativ oyun konsollarının uğurlarından ilhamlanaraq öz portativ oyun konsolunu hazırlayır.
Proqram Təminatı
Windows 11 kompüterlərin artıq 1/3 hissəsində çalışır
Statcounter analitik şirkəti Microsoft şirkətinin müxtəlif Windows versiyalarının əməliyyat sistemləri sahəsindəki vəziyyətlərini əks etdirən yeni statistikanı təqdim edib.
Proqram Təminatı
Microsoft öz əməliyyat sistemində Windows Control Panel-dən imtina edəcək
Microsoft öz əməliyyat sistemi daxilindəki Windows Control Panel-dən imtina etmək planının olduğunu təsdiqləyib.
Proqram Təminatı
Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
Proqram təminatı nəhəngi Microsoft şirkəti, sistem tələblərinə cavab verməyən kompüterlərə Windows 11 sisteminin quraşdırılması üçün tədbir görüb.
Ən çox oxunanlar