Logo
    main-post-cover

    Microsoft məşhur Office Lens tətbiqini bağlayır

    Cihazlar+
    13.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft iOS və Android platformalarında istifadəçilər arasında geniş yayılmış Office Lens (indiki adı ilə Microsoft Lens) tətbiqini mərhələli şəkildə dayandırır. Şirkət bildirir ki, tətbiq 9 fevraldan etibarən dəstəklənməyəcək, 9 martdan sonra isə tamamilə işləməyəcək.
    Why you need Microsoft Office Lens on your smartphone.
        Microsoft-un bu qərarının əsas səbəbi skan funksiyalarının artıq ayrıca tətbiqə ehtiyac qalmadan OneDrive daxilində təqdim olunmasıdır. İstifadəçilər OneDrive vasitəsilə sənədləri, ağ lövhələri və qəbzləri skan edib saxlayacaq, şəkilləri avtomatik kəsib döndərə, eləcə də onları Word və ya PDF formatına çevirə biləcəklər. Office Lens ilk dəfə 2015-ci ildə iOS və Android üçün istifadəyə verilmişdi. Ondan əvvəl isə Windows Phone platformasında mövcud idi. Tətbiq Microsoft Office inteqrasiyası ilə seçilir və şirkətin “mobile-first” strategiyası çərçivəsində hazırladığı məşhur tətbiqlərdən biri hesab olunurdu.
    Paylaş