Logo
    main-post-cover

    Microsoft niyə “Control Panel”i hələ də silə bilmir?

    Cihazlar+
    08.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft Windows istifadəçilərinin illərdir gördüyü köhnə “Control Panel” hələ də tam şəkildə tarixə qovuşmayıb. Halbuki Microsoft bu interfeysi ilk dəfə 2012-ci ildə təqdim olunan Windows 8 ilə arxa plana keçirməyə başlamışdı.
    controlpanel
        Aradan 10 ildən çox vaxt keçməsinə baxmayaraq, şirkət hələ də bütün funksiyaları müasir “Settings” tətbiqinə köçürmə prosesini tamamlamayıb. Bunun əsas səbəbi isə texniki mürəkkəblikdir. Microsoft-un dizayn üzrə rəhbərlərindən biri olan March Rogers bildirib ki, bu proses xüsusilə printer və şəbəkə drayverləri ilə bağlı problemlərə görə uzanır. Şirkət minlərlə müxtəlif cihaz və drayverlə uyğunluğu qorumağa çalışır və hər hansı dəyişiklik sistemdə nasazlıqlara səbəb ola bilər.
        Son illərdə Windows 11 sistemində bir sıra funksiyalar artıq “Control Panel”dən “Settings” bölməsinə köçürülüb. Bunlara saat ayarları, klaviatura gecikməsi, siçan göstəricisinin sürəti və müxtəlif format (vaxt, valyuta və s.) parametrləri daxildir. Bu dəyişikliklər istifadəçilərin köhnə panelə ehtiyacını azaltsa da, hələ də bəzi inkişaf etmiş ayarlar yalnız “Control Panel” vasitəsilə əlçatandır.
    Paylaş