Microsoft Office üçün ömürlük lisenziya: 8 proqram cəmi 34,97 dollara
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, aylıq və illik abunəlik ödənişləri bir çox istifadəçi üçün artıq yorucu hala gəlib. Xüsusilə də sadə ofis işləri üçün hər ay ayrıca pul ödəmək istəməyənlər üçün klassik həll yenidən aktuallaşır. Məhz bu kontekstdə Microsoft Office Professional 2021 Windows istifadəçiləri üçün sərfəli alternativ kimi ön plana çıxır.
Hazırda Office Professional 2021 paketi ömürlük lisenziya ilə 34,97 dollar qiymətinə satışdadır. Bu kampaniya 22 fevral tarixinədək keçərlidir. Qiyməti nəzərə alsaq, pakete daxil olan hər bir proqram təxminən 5 dollardan da ucuz başa gəlir. Ən önəmlisi isə odur ki, bu lisenziya ilə istifadəçi aylıq və ya illik heç bir əlavə ödəniş etmir.
Office Professional 2021 paketi ümumilikdə 8 proqramı özündə birləşdirir. Buraya sənədlərin hazırlanması üçün Word, cədvəllərlə işləmək üçün Excel, təqdimatlar üçün PowerPoint, e-poçt yazışmaları üçün Outlook, onlayn ünsiyyət üçün Teams, qeydlər üçün OneNote, verilənlər bazası idarəçiliyi üçün Access və çap məhsulları hazırlamaq üçün Publisher daxildir. Bu proqramlar həm iş, həm də təhsil məqsədli istifadə üçün kifayət qədər geniş imkanlar yaradır.
2021 versiyasında Office proqramları yenilənmiş dizayn və daha rahat ribbon əsaslı interfeys ilə təqdim olunur. Bu isə istifadəçilərə alətlərə daha tez çıxış imkanı verir və iş prosesini sürətləndirir. Digər üstünlüklərdən biri də proqramların internet bağlantısı olmadan tam işləməsidir ki, bu da xüsusilə oflayn işləyənlər üçün vacibdir. Qeyd edək ki, Microsoft Office Professional 2021 yalnız Windows 10 və Windows 11 əməliyyat sistemləri ilə uyğun gəlir. Bu səbəbdən lisenziyanı almadan öncə kompüterinizin uyğunluğunu yoxlamaq tövsiyə olunur.
Paylaş