Microsoft Outlook çökmə problemini aradan qaldırmaq üçün Windows 11-ə təcili yeniləmə buraxdı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Microsoft, Windows 11 istifadəçilərində Outlook tətbiqinin qəfil bağlanmasına səbəb olan problemi aradan qaldırmaq üçün ikinci təcili (out-of-band) yeniləməni yayımlayıb.
Şirkətin açıqlamasına görə, yanvar 2026 təhlükəsizlik yeniləməsindən sonra bəzi tətbiqlər bulud əsaslı fayllarla işləyərkən donur, xəta mesajı göstərir və ya ümumiyyətlə açılmırdı. Xüsusilə Outlook-da PST faylları OneDrive kimi bulud xidmətlərində saxlanıldıqda tətbiqin çökdüyü müşahidə olunurdu.
Bu, Microsoft-un 2026-cı ilin əvvəlindən bəri ikinci dəfə yanvar yeniləməsi ilə bağlı təcili düzəliş yayımlamasıdır. Ötən həftə bəzi Windows 11 cihazları sönmür və ya “hibernate” rejiminə keçmirdi, Windows 10 və 11 istifadəçilərinin bir hissəsi isə uzaqdan giriş (remote login) zamanı problemlə üzləşmişdi. Sevindirici məqam isə budur ki, son yayımlanan out-of-band yeniləmə kumulyativdir. Yəni yanvar yeniləməsi ilə bağlı bütün problemləri həll etmək üçün yalnız bu yeniləməni quraşdırmaq kifayətdir.
Paylaş