
Microsoft Surface Pro 10 planşeti üzərində çalışır
Cihazlar+
29.12.2023
Emil
Az əvvəl biz, Microsoft-un hazırladığı Surface Laptop 6 noutbuku barəsində bəzi məlumatları təqdim etdik. İndi isə insayderlər Microsoft tərəfindən hazırlanan digər bir cihaz barəsində bəzi məlumatları bölüşüblər. Söhbət, Surface Pro 10 adlı planşetdən gedir. Beləliklə insayderlərin sözlərinə əsasən sözügedən planşet iki versiyada təqdim olunacaq və onlardan birinin ekran keyfiyyəti 2160x1440 piksel təşkil edəcək. Üstəlik planşetin ekranı HDR dəstəyinə sahib olacaq. Planşet üçün ayrıca aksesuar kimi nəzərdə tutulacaq klaviatura isə Copilot adlı süni zəka köməkçisinin aktivləşdirilməsi üçün özündə ayrıca fiziki düyməni birləşdirəcək. Məlumatda həmçinin qeyd edilib ki, Surface Pro 10 planşeti yeni gövdə rənglərini, NFC çipini və geniş bucaq təsvirinə sahib veb kameranı əldə edəcək. Planşet 2024-cü ildə təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
