Logo
    Microsoft Surface Pro 12 planşetini və Laptop 13 noutbukunu təqdim etdi

    Microsoft Surface Pro 12 planşetini və Laptop 13 noutbukunu təqdim etdi

    Cihazlar+
    24.09.2026
        “Microsoft” kiçik ölçülü “Surface Pro 12” və “Surface Laptop 13” kompüterlərinin 2-ci nəslini çıxarıb. Hər iki modeldə yeni “Snapdragon X2 Plus” prosessoru və əvvəlkindən 25 faiz daha parlaq sensor ekran var. Cihazlar 13 oktyabrda satışa çıxacaq. “Surface Pro 12” 1149,99 dollardan (təxminən 1950 manat) başlayacaq. “Surface Laptop 13” üçün başlanğıc qiymət 1199 dollardır (təxminən 2040 manat).
    Microsoft Surface Pro 12 planşetini və Laptop 13 noutbukunu təqdim etdi
        Yeni prosessor 6 nüvəlidir, qrafika və süni intellekt tapşırıqları üçün daha güclü hissələri var. Süni intellekt hesablamalarını aparan NPU saniyədə 80 trilyon əməliyyat yerinə yetirir. Əvvəlki nəsildə bu göstərici 45 trilyon idi. “Microsoft” qrafik göstəricilərinin 60 faiz artdığını və cihazdakı süni intellekt əməliyyatlarının 95 faiz sürətləndiyini deyir. Şirkətin məlumatına görə, ofis proqramları 18 faiz daha sürətli işləyir, enerji səmərəliliyi də 18 faiz yüksəlib.
        “Surface Pro 12” əvvəlki modeldəki dayaqlı alüminium planşet formasını qoruyub. Modelin 12 düymlük ekranı 2196 x 1464 piksel təsvir ölçüsündədir. Ekranın yenilənmə tezliyi 90 Hz, parlaqlığı 500 nitdir. Bu da görüntünün daha axıcı və parlaq görünməsi deməkdir.
        Planşet 16 GB və ya 24 GB RAM ilə satılacaq. Daxili yaddaş üçün 256 GB və 512 GB seçimləri var. Video izləyərkən batareya 15,5 saata qədər işləyir. Cihazın çəkisi təxminən 0,7 kq-dır. Ön kamera 1080p, arxa kamera 10 MP-dir. Korpusda 2 USB-C portu var.
    Microsoft Surface Pro 12 planşetini və Laptop 13 noutbukunu təqdim etdi
        “Surface Laptop 13” modelində 13 düymlük sensor ekran qoyulub. Ekranın təsvir ölçüsü 1920 x 1280 piksel, yenilənmə tezliyi 60 Hz-dir. Parlaqlıq 500 nitə çatır. Noutbuk 16 GB və ya 24 GB RAM ilə satılacaq. Yaddaş seçimləri 256 GB və 512 GB-dır.
    Microsoft Surface Pro 12 planşetini və Laptop 13 noutbukunu təqdim etdi
        Şirkətin açıqlamasına görə, “Surface Laptop 13” video izləyərkən 22,5 saata qədər işləyəcək. Modelin çəkisi təxminən 1,2 kq-dır. Noutbukda 2 USB-C portu, USB-A girişi və qulaqlıq yuvası var. Simsiz bağlantı üçün “WiFi 7” və “Bluetooth 5.4” işləyir. Tamölçülü işıqlı klaviatura da saxlanılıb.
        “Surface Pro 12” kompüterində yeni “Microsoft Ink Canvas” tətbiqi əvvəlcədən quraşdırılacaq. Proqramda qələmlə rəsm çəkmək, qeydlər yazmaq, şəkillər yaratmaq və mətni qısaltmaq olur. Digər uyğun cihazların istifadəçiləri tətbiqi 13 oktyabrdan yükləyə biləcəklər. “Surface Slim Pen” ayrıca 129,99 dollara (təxminən 220 manat) satılır. Klaviatura da cihazın dəstinə daxil deyil. Hər iki kompüter bənövşəyi, platin və yeni qara rəngdə olacaq.
    Microsoft Surface Pro 12 planşetini və Laptop 13 noutbukunu təqdim etdi
        “Microsoft” toxunuş reaksiyası verən yenilənmiş “Surface Mouse” siçanını da göstərib. Pəncərələri yerləşdirərkən, obyektləri düzərkən və klik zamanı siçan titrəyişlə reaksiya verir. Modeldə funksiyası dəyişdirilə bilən düymə və mexaniki sürüşdürmə çarxı var. Sensorun həssaslığı 400-dən 2400 dpi-dək tənzimlənir.
        “Bluetooth 6.0” bağlantısı ilə siçanı eyni vaxtda 3 cihaza qoşmaq olur. Açıq sahədə işləmə məsafəsi təxminən 10 metrdir. Qara və platin rəngli “Surface Mouse” 13 oktyabrda satışa çıxacaq. Qiyməti 79,99 dollar (təxminən 140 manat) olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...