Logo
    main-post-cover

    Microsoft Teams mobil tətbiqini yeniləməyən istifadəçilər təqvim funksiyasını itirəcək

    Cihazlar+
    04.08.2026
    Sevinj
        Microsoft Teams tətbiqindən iOS və Android cihazlarında istifadə edənlərə vacib xəbərdarlıq edilib. Şirkət bildirib ki, istifadəçilər oktyabr ayının əvvəlinə qədər tətbiqi ən son versiyaya yeniləməsələr, Calendar funksiyasına giriş imkanlarını itirəcəklər. Bu dəyişiklik yalnız Teams-in mobil tətbiqinə aiddir. Brauzer və masaüstü versiyalarından istifadə edənlər üçün isə heç bir dəyişiklik nəzərdə tutulmur.
    7 Tips to Get the Most Out of Microsoft Teams
        Microsoft-un açıqlamasına görə, bu addım iOS və Android cihazlarında təqvim xidmətinin daha etibarlı işləməsini təmin etmək və Teams xidmətindəki gələcək yeniliklərlə uyğunluğu qorumaq məqsədi daşıyır. Şirkət funksiyanın niyə məhz yenilənməmiş tətbiqlərdə deaktiv ediləcəyini açıqlamayıb. Lakin TechRadar bunun Microsoft-un köhnə Exchange Web Services (EWS) sistemini mərhələli şəkildə istifadədən çıxarması ilə əlaqəli ola biləcəyini qeyd edir. Yeni Teams versiyasına keçid isə bu dəyişikliyə uyğunluğu təmin edəcək.
    Paylaş