Logo
    main-post-cover

    Microsoft Teams “Together Mode” funksiyasını dayandırır

    Cihazlar+
    18.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft Teams pandemiya dövründə istifadəçilərə eyni otaqda otururlarmış hissini yaratmaq üçün təqdim etdiyi “Together Mode” funksiyasını mərhələli şəkildə dayandırmağa başlayıb. Funksiya süni intellekt vasitəsilə istifadəçilərin baş və çiyin hissəsini ayıraraq onları virtual auditoriya və ya iclas otağında yan-yana yerləşdirirdi.
        “Together Mode” xüsusilə onlayn görüşlərin ən aktiv olduğu pandemiya illərində diqqəti yayındıran elementləri azaltmaq və daha “real” görüş atmosferi yaratmaq məqsədi daşıyırdı. İstifadəçilər virtual şəkildə həmkarlarının çiyninə toxunmaq və ya “high five” vermək kimi interaktiv effektlərdən də istifadə edə bilirdilər. Funksiya zamanla bir çox istifadəçi tərəfindən daha çox “gimmick”, yəni əyləncəli amma lazımsız xüsusiyyət kimi qiymətləndirilməyə başladı.
        Microsoft bildirir ki, dəyişikliklərin əsas məqsədi Teams platformasını daha sadə və stabil etməkdir. Yenilənmələrlə birlikdə “Together Mode” seçimi menyudan silinəcək, ona aid səhnələr və oturacaq təyinatı kimi xüsusiyyətlər də tamamilə ləğv olunacaq.
        Şirkət həmçinin vurğulayır ki, bundan sonra əsas diqqət video keyfiyyəti, performans və stabilliyin artırılmasına yönəldiləcək. Microsoft-un fikrincə, daha az seçim və daha sadə interfeys istifadəçilər üçün qarışıqlığı da azaldacaq.
    Paylaş