Microsoft-un 2026-cı ilin ilk Windows 11 yeniləməsi ciddi problemlərə səbəb olub
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft 2026-cı ilin yanvarında Windows 11 üçün ilk təhlükəsizlik yeniləməsini yayımladıqdan cəmi dörd gün sonra təcili (out-of-band) yeniləmə buraxmaq məcburiyyətində qalıb.
Yanvarın 13-də yayımlanan təhlükəsizlik paketi bəzi istifadəçilər üçün ciddi problemlərə səbəb olub. Yeniləmədən sonra müəyyən sistemlər söndürülə, yuxu (hibernate) rejiminə keçə bilməyib, həmçinin uzaqdan qoşulma (Remote Desktop) ilə girişlərdə nasazlıqlar yaranıb. Microsoft-un rəsmi dəyişiklik qeydlərinə görə, problem xüsusilə Secure Launch funksiyası aktiv olan Windows 11 23H2 versiyalı cihazlara təsir edib. Bu sistemlərdə kompüterin düzgün şəkildə söndürülməsi və ya yuxu rejiminə keçməsi mümkün olmayıb. Bundan əlavə, uzaqdan bağlantı və autentifikasiya xətaları Windows 11 25H2, Windows 10 22H2 (ESU) və Windows Server 2025 daxil olmaqla bir neçə platformada müşahidə olunub.
Şirkət problemi aradan qaldırmaq üçün 17 yanvar 2026-cı il tarixində fövqəladə OOB yeniləməsi yayımlayıb. Microsoft bildirir ki, bu yeniləmə sözügedən nasazlıqları aradan qaldırır və istifadəçilərə onu mümkün qədər tez quraşdırmaq tövsiyə olunur.
Paylaş