Microsoft Windows handheld-lərə virtual mouse dəstəyi gətirir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft Windows əsaslı portativ oyun cihazları üçün yeni faydalı funksiyanı test etməyə başlayıb. Şirkət Xbox interfeysinə “Gamepad Cursor” adlı yeni imkan əlavə edib. Bu funksiya sayəsində istifadəçilər gamepad analoqunu virtual siçan kimi istifadə edə biləcəklər.
Yeni sistem xüsusilə Xbox Ally X kimi Windows ilə çalışan handheld cihazlarda işləyəcək və istifadəçiyə sol analoq vasitəsilə ekranda siçan kursorunu idarə etməyə imkan verəcək. Beləliklə, controller dəstəyi olmayan tətbiqlərdə və ya menyularda naviqasiya daha rahat olacaq. Funksiyanın işləmə prinsipi olduqca sadədir: sol analoq kursoru hərəkət etdirir, sağ analoq səhifəni yuxarı-aşağı scroll etməyə imkan verir, A düyməsi isə klik funksiyasını yerinə yetirir.
Hazırda ASUS-un Armory Crate proqramında oxşar funksiya mövcud olsa da, Microsoft-un həlli birbaşa Windows 11-in Xbox/Game Bar sisteminə inteqrasiya olunur. Bu isə istifadəçilərə əlavə proqram açmadan funksiyanı aktivləşdirmək imkanı verir. Microsoft bildirib ki, hazırda bu yenilik yalnız Xbox Insider istifadəçiləri üçün test mərhələsindədir. Testlər uğurlu olarsa, yaxın aylarda bütün Windows 11 istifadəçilərinə təqdim edilə bilər.
Bu yenilik xüsusilə controller üçün optimizasiya olunmamış proqramlardan istifadə edən və ya oyunlarda giriş ekranlarında mouse tələb olunan hallarda böyük rahatlıq yaradacaq.
Paylaş