Logo
    main-post-cover

    Microsoft Xbox 360 oyunlarını da PC-yə gətirməyə hazırlaşır

    Cihazlar+
    04.08.2026
    Sevinj
        Microsoft-un Xbox ekosistemini daha da genişləndirmək planları ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Məlumata görə, şirkət təkcə orijinal Xbox oyunlarını deyil, həm də Xbox 360 oyunlarını PC platformasına gətirməyə hazırlaşır. The Verge nəşrinin əldə etdiyi daxili sənədə əsasən, Microsoft tərtibatçılara Xbox 360 oyunlarını "backward compatibility" proqramına daxil etmək imkanı təqdim edəcək. Bunun sayəsində bu oyunlar gələcək Project Helix konsolunda, Windows PC-lərdə və portativ oyun cihazlarında işləyə biləcək.
    How to Choose the Best Xbox 360 Console For You
        Məlumata görə, oyun studiyaları PC versiyalarının qiymətini özləri müəyyən edə biləcək və istəsələr, oyunlarını Game Pass xidmətinə də əlavə edə biləcəklər. Həmçinin oyunların Xbox Play Anywhere funksiyasını dəstəkləməsi gözlənilir. Bu isə istifadəçilərə oyunu bir dəfə aldıqdan sonra Xbox və PC arasında əlavə ödəniş etmədən istifadə etmək imkanı verəcək. Microsoft artıq ötən ay orijinal Xbox oyunlarını PC-yə gətirmək təşəbbüsünü elan etmişdi. İlk mərhələdə dörd oyun təqdim olunub və proqramın tam şəkildə oktyabr ayında genişləndirilməsi planlaşdırılır. Şirkətin həmin oyunlara Xbox nailiyyətlərini (Achievements) də əlavə edəcəyi bildirilir.
    Paylaş