Microsoft yeni nəsil Xbox-u təsdiqlədi
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Microsoft yeni nəsil Xbox oyun konsolunun üzərində işlədiyini rəsmi şəkildə təsdiqləyib. Şirkətin oyun bölməsində baş verən böyük dəyişikliklərdən sonra edilən bu açıqlama oyun dünyasında böyük maraq doğurub.
Microsoft Gaming-in yeni rəhbəri Asha Sharma X platformasında paylaşım edərək növbəti Xbox konsolunun “Project Helix” kod adı ilə hazırlandığını bildirib. O, paylaşımında Xbox komandası ilə görüşdən bir foto da paylaşıb və konsolun adını açıq şəkildə göstərib.
Sharma hələlik yeni konsolun bütün texniki detalları barədə məlumat verməsə də, ən diqqətçəkən xüsusiyyətlərdən birini açıqlayıb. Onun sözlərinə görə, Project Helix istifadəçilərə həm Xbox, həm də PC oyunlarını oynamaq imkanı verəcək.
Bu xüsusiyyət uzun müddətdir oyun sənayesində dolaşan şayiələri də təsdiqləyir. Belə görünür ki, Microsoft gələcək Xbox-u ənənəvi konsoldan daha çox yüksək performanslı oyun kompüteri kimi formalaşdırmaq istəyir.
Paylaş