
Microsoft yenilənmiş Surface Laptop noutbukunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
06.05.2025
Emil
Microsoft yenilənmiş Surface Pro planşeti ilə yanaşı yenilənmiş Surface Laptop noutbukunu da təqdim edib. Noutbuk 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 13 düym ölçülü PixelSense ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Bununla yanaşı ekranın yuxarı hissəsində 1080p görüntü keyfiyyətini təmin edən veb kamera da yerləşir. Yenilənmiş Surface Laptop-un çəkisi 1.22 kq təşkil edir. Noutbuk Snapdragon X Plus X1P-42-100 prosessoru vasitəsilə çalışır və LPDDR5x standartlı 16 GB RAM ilə 256/512 GB SSD-ni əldə edib. Microsoft bildirib ki, bu yeni noutbuk bir dəfə şarj olunandan sonra 23 saat ərzində video izləmə rejimində çalışa bilir. Noutbuk özündə USB 3.2 Type-C, USB Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Yenilənmiş Surface Laptop bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 899$-dan start götürəcək.


Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
