
Moto G15 və G15 Power smartfonları təqdim edilib
Cihazlar+
17.12.2024
Emil
Motorola şirkəti büdcəli Moto G05 ilə yanaşı daha iki yeni smartfonunu da təqdim edib. Şirkətin əlavə iki yeni smartfonu Moto G15 və G15 Power adlanırlar. Bu smartfonlar həm xarici görünüşcə həm də texniki göstəricilərin çoxu üzrə eynidirlər. Onlar öz aralarında yalnız batareya həcmi ilə bir-birilərindən fərqlənirlər. Beləliklə hər iki smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü LCD ekranla təchiz olunub.
Ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonlar MediaTek Helio G81-Ultra prosessoru vasitəsilə çalışırlar. Hər iki smartfon 4 GB RAM ilə 512 GB-a kimi daxili yaddaş həcmini əldə edib. Smartfonlar 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı əldə ediblər. Batareyaya gəldikdə isə Moto G15 modeli 5200 mAh enerji tutumlu batareyaya, Moto G15 Power modeli isə 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfon 18 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Bu smartfonların nə zaman və hansı qiymətə satışa çıxacaqları açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
